Millət vəkili Türkiyə nümayəndə heyətinin rəhbəri ilə görüşüb FOTO

Millət vəkili Türkiyə nümayəndə heyətinin rəhbəri ilə görüşüb FOTO

Qənirə Paşayeva Bakıda səfərdə olan Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasında Türkiyə nümayəndə heyəti ilə fikir mübadiləsi də aparıb

Millət vəkili, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu" İctimai Birliyinin sədri Qənirə Paşayeva Bakıda səfərdə olan Türkiyə Böyük Millət Məclisinin üzvü, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasında Türkiyə nümayəndə heyətinin rəhbəri dr. İsmail Safi, "Avrasiya İqtisadi Əlaqələr Dərnəyi" idarə heyətinin sədri Hikmət Ərən və Türkiyə Sivil Toplum Kuruluşları Konfederasiyasının rəhbəri Hasan Ekşi ilə görüşüb.

Qonaqları Azərbaycanda salamlamaqdan məmnunluğunu ifadə edən millət vəkili Qənirə Paşayeva bir millət iki dövlət olan Azərbaycan ilə Türkiyə arasında bütün sahələrdə yüksək səviyyədə əlaqələrin olduğunu bildirib. Azərbaycanın daim qardaş Türkiyənin yanında olduğunu vurğulayan millət vəkili Qənirə Paşayeva hər iki qardaş ölkənin qanunvercilik orqanları arasında, habelə təmsil olunduqları beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın yüksək səviyyədə olduğunu bildirib və bu əməkdaşlığın daha da genişləşdirilməsinin önəmini vurğulayıb.

Millət vəkili Qənirə Paşayeva Dağlıq Qarabağ münaqişəsi ilə bağlı son vəziyyət barədə məlumat verib və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi də aparılıb.

TBMM-nin üzvü İsmail Safi iki qardaş ölkədə arasında yüksək səviyyəli əlaqələrin olduğunu və əməkdaşlığın daha da genişləndirilməsinin önəmini vurğuladı. Ötən il Bakıda təşkil edilən "Azərbaycan –Türkiyə münasibətlərinin bu günü və gələcəyi: QHT, media və beyin mərkəzlərinin bu münasibətlərin inkişafında yeri və rolu" mövzusunda konfransda iştirakını xatırladan TBMM-nin üzvü bu kimi tədbirlərin iki qardaş ölkə arasında əlaqələrin daha da inkişafına öz töhfəsini verdiyini deyib.

Görüşdə Azərbaycan və Türkiyə QHT-lərinin, bütövlükdə vətəndaş cəmiyyəti institutlarının əməkdaşlığının daha da inkişaf etdirilməsi, qarşılıqlı maraq doğuran bir çox digər məsələlər ilə bağlı ətraflı fikir mübadiləsi də aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə