Elçin Quliyev: “Bəzi KİV-lər informasiyanı ictimaiyyətə çatdırmaqda yanlışlığa yol verir”

Elçin Quliyev: “Bəzi KİV-lər informasiyanı ictimaiyyətə çatdırmaqda yanlışlığa yol verir”

"Hazırda Azərbaycanın dövlət sərhədlərində vəziyyət tam sabitdir və nəzarət altındadır. Bizim texniki mühafizə imkanlarımızın yüksəlməsi artıq sərhəd pozma hallarının azalması ilə müşayiət olunur". SİA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında DSX rəisi, general-leytenant Elçin Quliyev bildirib.

E.Quliyevin sözlərinə görə, son illər Azərbaycanda sərhədpozma cəhdlərinin sayında azalma müşahidə olunur: "Dövlət Sərhəd Qoşunlarında tibb xidmətinin yaxşılaşdırılması istiqamətində genişmiqyaslı işlər həyata keçirilir. Buna misal olaraq DSX-nın yeni inşa olunan hərbi hospitalını gösətər bilərik. Hospitalın 2015-ci ilədək istifadəyə verilməsi planlaşdırılır".

General-leytinant həmçinin ABŞ Dövlət Departamentinin son hesabatında Azərbaycan sərhədlərindən hər il böyük miqdarda narkotik vasitələrinin keçirilməsi ilə bağlı yer alan məlumatlara da aydınlıq gətirib. Bildirilib ki, müəyyən KİV-lərdə informasiyanın oxunulması və ictimaiyyətə çatdırılmasında yanlışlıqlara yol verilib. Bizim sərhədlərimizin böyük bir hissəsi hazırda işğal altındadır. Bura nəzarətsiz qalmış Azərbaycan-İran dövlət sərhədinin 132 kilometrlik bir hissəsidir. Hesab edirəm ki, həmin məlumatlar dövlət sərhədlərimizin məhz həmin hissəsinə şamil edilib".

Elvin Abdulqədirov

Bütün xəbərlər Facebook səhifəmizdə