Mübariz Qurbanlı: "Rusiyanın Ermənistana güclü təsir etmək imkanı var və işğalçı dövləti sülhə məcbur edə bilər"
"Sarkisyanın prezident kimi andiçməni gözləmədən Rusiyaya səfər etməsi bir çox mətləblərdən xəbər verir. Bu fakt onu göstərdi ki, Ermənistanın indiki hakimiyyəti Rusiyaya güvənir". SİA-nın verdiyi məlumata görə, bu fikirləri yap.org.az saytına YAP İcra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı deyib.
M.Qurbanlı bildirib ki, prezident seçkilərində müxalifəti təmsil edən namizəd R.Ovanesyanın tərəfdarları fasiləsiz etiraz aksiyaları keçirdiyi bir şəraitdə bu səfər Sarkisyanın özünə kənarda dəstək axtarması kimi də dəyərləndirilə bilər. Onun sözlərinə görə, bu səfər Qərb dövlətləriən də bir mesajdır ki, Ermənistan bundan sonra da Rusiya yönümlü siyasət aparacaq.
"Ermənistanda gərgin vəziyət davam edir. Bu ölkədə böhran cəmiyyətin bütün sahələrinə sirayət edib. Belə bir şəraitdə seçkilərin saxtalaşdırılması qarşıdurmaları daha da artırıb. Müxalifətin fasiləsiz aksiyaları vəziyyəti getdikcə gərginləşdirir. Bu şəraitdə Sarkisyanın Rusiyaya səfəri həm də özünə dəstək xarakteri daşıyır. Çünki Ermənistan forpostdur. Диэяр тяряфдян, nəzərə alsaq ki, Rusiya ATƏT-in Minsk qrupunun həmsədr dövlətlərindən biridir, bu səfər çərçivəsində Dağlıq Qarabağ probleminin də müzakirə edilməsi şübhə doğurmur. Bizim istəyimiz ondan ibarətdir ki, Rusiya öz imkanlarından istifadə edərək işğalçı ölkəyə təzyiq göstərsin və münaqişə özünün ədalətli həllini tapsın. Rusiyanın Ermənistana güclü təsir etmək imkanı var və işğalçı dövləti sülhə məcbur edə bilər", - deyə, YAP İcra katibinin müavini vurğulayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB