Rumıniya Deputatlar Palatasının sədri Valeriu Zgoneanın rəhbərlik etdiyi nümayəndə heyəti sabah Bakıya səfər edəcək. Milli Məclisinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, səfər çərçivəsində Azərbaycan və Rumıniya parlamentləri arasında əməkdaşlığın perspektivləri müzakirə olunacaq.
Səfər çərçivəsində Zgoneanın Azərbaycan prezidenti İlham Əliyev, Milli Məclisin sədri Oqtay Əsədov və bir sıra rəsmilərlə görüşü nəzərdə tutulub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB