Millət vəkili: “Rusiya Azərbaycanın güclü dövlətə çevrilməsində maraqlı deyil”
Rusiyanın indiyənədək atdığı bütün addımlar Azərbaycan üçün təhlükəli tendensiya alıb. Hesab edirəm ki, bu da təhlükəli xarakter aldığına görə, məsələnin mahiyyəti üzərində dayanmağa belə ehtiyac yoxdur. Bunu SİA-ya millət vəkili Fazil Mustafa rəsmi Moskvanın böyük israrla Azərbaycanın Gömrük İttifaqına üzv qəbul etməsinə münasibət bildirərkən deyib.
F.Mustafanın sözlərinə görə, Rusiya hər zaman Azərbaycan üçün bu problemi yaratmaqda maraqlı olub: "Biz ölkəmizin milli maraqlarının qorunması üçün daxildə dialoq mühiti yaratmalıyıq. Rusiya Azərbaycanın güclü dövlətə çevrilməsində heç bir zaman maraqlı olmayıb. Məhz buna görə də rəsmi Moskva ermənilərin əli ilə bu prosesi sürətləndirməyə çalışır".
Millət vəkili bu gün Rusiya prezidenti Vladimir Putinin erməni həmkarı Serj Sarkisyanla Moskvada rellaşdıracaq təkbətək görüşünə də aydınlıq gətirib: "Rusiya hər zaman Ermənistana həm silah həm də Dağlıq Qarabağ məsələsində dəstək olub. Hesab edirəm ki, bu görüşdə də əsasən buna yönəlik məsələlərin müzakirə edilməsi ehtimal olunur".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB