Fazil Mustafa: “ABŞ səfiri bu işdə daha ehtiyyatlı mövqe sərgiləyir” MÖVQE

Fazil Mustafa: “ABŞ səfiri bu işdə daha ehtiyyatlı mövqe sərgiləyir” MÖVQE

ABŞ-ın müxalifətin təşkil etdiyi bütün qanunsuz aksiyaya dəstək olması ilə bağlı məlumatları çoxdandan mövcuddur. Bunu SİA-ya millət vəkili Fazil Mustafa ABŞ-ın Milli Demokratiya İnstitutunun (MDİ) Bakı ofisinin rəhbəri Aleks Qriqorevsin müxalifətin təşkil etdiyi qanunsuz aksiyaya dəstək verməsinə münasibət bildirərkən deyib.

Milli Məclis üzvünün sözlərinə görə, buna baxmayaraq ABŞ-ın Azərbaycandakı səfiri bu işdə daha ehtiyyatlı mövqe sərgiləyir: "Hətta ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morniqstar bütün açıqlamalarında iqtidarı müdafiə etdiyini açıq-aşkar bildirib. Əgər sosial şəbəkə olan "facebook"da kiminsə fəaliyyətinin stimullaşdırılması faktlara, sənədlərə uyğun deyilsə heç bir addım atıla bilməz".

Bütün xəbərlər Facebook səhifəmizdə