İlk olaraq ABŞ-ın Milli Demokratiya İnstitutunun Bakı ofisinin rəhbəri Aleks Qriqorevsin müxalifətin təşkil etdiyi qanunsuz aksiyanı maliyyələşdirməsi ilə bağlı məlumatlar təsdiqini tapmalıdır. Bu informasiya öz təsdiqini tapdıqdan sonra hər kəs öz üzərinə düşən vəzifəni yerinə yetirəcək. Bunu SİA-ya açıqlamasında Milli Qeyri-Hökumət Təşkilatı (QHT) Forumunun prezidenti Rauf Zeyni ABŞ-ın Milli Demokratiya İnstitutunun Bakı ofisinin rəhbəri Aleks Qriqorevsin müxalifətə dəstəyinə dair məsələyə münasibət bildirərkən deyib.
R.Zeyni bildirib ki, bu məsələdə QHT-lər ictimai qınaq mexanizmini tətbiq etməlidir: "Azərbaycan müstəqillik əldə edəndən sonra dostlarımızdan dəstək görmüşük. Erməniləri və onların Milli Assambleyasını dəstəkləyənlər isə hər zaman Azərbaycanın ayağının altını qazıblar. Bu qüvvələr Azərbaycanın inkişafını ləngitmək üçün bir sıra təxribatlar törədiblər. Bu kimi qüvvələr indidə fəaliyyətlərini davam etdirirlər. Xüsusilə, bu il Azərbaycanda seçki ili olduğuna görə, ölkəmizdə maraqlı güclər müəyyən formalarda təxribatlar törətməyə cəhd edəcəklər. Buna görə də Azərbaycan cəmiyyəti olaraq bu kimi addımlarda diqqətli olmalıyıq. Hər hansı bir formada dövlətçiliyimizə yad təsirlərin göstərilməsinə imkan verməməliyik. Çünki Azərbaycan 200 il sonra müstəqillik əldə edib və bu müstəqilliyi göz bəbəyi kimi qorumalıyıq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB