"Serj Sarkisyanın seçkidən sonra ilk səfərini Rusiyaya etməsi Ermənistanın Rusiyada tam asılılığının bariz nümunəsidir. Bunu SİA-ya açıqlamasında millət vəkili, politoloq Rasim Musabəyov Ermənistan prezidenti Serj Sarkisyanın Rusiyaya səfərinə şərh verərkən deyib.
Həmçinin politoloq bildirib ki, Ermənistan prezidentinin Rusiyaya səfərindən asılı olmayaraq, Raffi Ovannisyanın S.Sarkisyanı devirmək gücü yoxdur: "Hər bir halda ermənilərin qondarma demokratik seçki layihəsi Ermənistanda baş verən proseslərlə ifşa olundu. Qərbin bu saxtakarlıqları görüb-görməməsi ayrı məsələdir. İndiki stiuasiyada hadisələr göstərir ki, qərb bu saxtakarlıqları görmək niyyətində deyil. Ancaq hər bir obyektiv müşahidəçi üçün aydın məsələdir ki, S.Sarkisyan hətta ciddi rəqib olmadığı halda belə, saxtakarlıq yolu ilə özünü yenidən prezident elan etdi".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB