"Bir sıra xarici dövlətlər və Azərbaycanı istəməyən beynəlxalq təşkilatların marağındadır ki, ölkədə sabitlik pozulsun. Amma Azərbaycanda həmişə sabitlik-əminamanlıq qorunub, bundan sonra da qorunub-saxlanılacaq. Bizlər də vətəndaş olaraq ölkəmizin inkişafı üçün bütün gücümüzü sərf edəcəyik". Bu fikirləri SİA-ya açıqlamaısnda Millət vəkili Ülvi Quliyev bildirib.
Millət vəkili ABŞ-ın MDİ-nin soaisl şəbəkələr vasitəsilə Azərbaycanda hakimiyyəti dəyişmək istəməsi ilə bağlı iddiaları əssassız adlandıraraq bildirib ki, hakimiyyət kiminsə istəyi ilə deyil, xalqın iradəsi ilə dəyişir: "Hakimiyyət xalqın iradəsi ilə formalaşır və xalqının iradəsi ilə də dəyişə bilər. Qarşıdan gələn seçkilədə də xalq öz iradəsini göstərəcək. Guya hakimiyyət dəyişəcək, nə bilim daha nələr, bu kimi bəyanatlar boş şeylərdir".
Ü.Quliyevin bəzi adamların Facebook-a qadağa qoymaq kimi fikirlərinə münasibəti isə konkret oldu: "Facebook-un bağlanması yanlış fikirdir. Bütün dünya Facebook-dan istifadə edir. Azərbaycan da dünyanın bir hissəsidir. Sosial şəbəkələrdən Azərbaycanda da də kifayət qədər insanlar istifadə edir. Hesab edirəm ki, bu Facebook-u Azərbaycanda bağlamaq yanlış olardı".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB