Dünyaya "demokratiya" dərsi deyən ABŞ kimi bir dövlətin Azərbaycandakı demokratiyaya kölgə salmaq istəməsi bizləri narahat etməyə bilməz. Bu cür addımları mən haqsız hesab edirəm". Bu fikirləri SİA-ya açıqlamasında millət vəkili Adil Əliyev bildirib.
Millət vəkili son günlər gündəmdə olan ABŞ Milli Demokratiya İnstitutunun (MDİ) "Facebook" sosial şəbəkəsi vasitəsilə Azərbaycanda inqilab etmək istəməsi ilə bağlı iddialara münasibət bildirərək qeyd edib ki, ABŞ qonşu dövlətlərdə baş verən haqqsızlıqlara göz yumur: "Azərbaycan kimi böyük iqtisadi göstəriciləri olan dövlət haqqında isə qərəzli mövqe tutur. Mən bunu qətiyyətlə pisləyirəm".
A.Əliyev Facebook-un Azərbaycanda bağlanması ilə bağlı olan təklifə də münasibət bildirib: "Hesab edirəm ki, internetdən istifadə olunma qaydaları var. Eyni zamanda Facebook-un bağlanmasını düzgün hesab etmirəm. Heç bir təşvişə səbəb yoxdur, Azərbaycanda heç bir təhlükə gözlənilmir. Azərbaycan zəif dövlət deyil ki, kim nə istəyirsə onu da etsin. Bizim dövlətimizin bütün sahələrdə ciddi inkişaf konsepsiyası və ölkəmizdə dünyaya "demokratiya" dərsi deyən ölkələrdən də çox münbit, azad şərait var".
Millət vəkili A.Əliyev Ermənistan prezidenti Serj Sarkisyanın Moskva səfərinə də münasibət bildirib: "Saxta yolla seçilən birinin Rusiya tərəfindən rəsmi qəbul olunması Qarabağ danışıqlarına kölgə salan amillərdən biridir. Sarkisyanın hələ andiçmə mərasimi də olmayıb. Digər tərəfdən bütün dünya bilir ki, bu adamı xalq seçməyib, bu adam prezidentlik postuna təyin olunub. Ermənistanda isə artıq etiraz aksiyaları baş alıb gedir. Ona görə belə bir vəziyyətdə Sarkisyanı Rusiyada qəbul etmək qətiyyən doğru deyil".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB