Fəzail Ağamalı: “MDİ Azərbaycandan deportasiya olunmalıdır” MÖVQE
Demək olar ki, dünyanın bəzi dövlətləri Azərbaycana qarşı rəsmi şəkildə elan olunmamış informasiya müharibəsi aparır. Bunu SİA-ya millət vəkili Fəzail Ağamalı ABŞ-ın Milli Demokratiya İnstitutunun (MDİ) Bakı ofisinin rəhbəri Aleks Qriqorevsin müxalifətin ötən gün təşkil etdiyi qanunsuz aksiyaya dəstək verməsinə münasibət bildirərkən deyib.
Millət vəklilinin sözlərinə görə, Azərbaycanda iğtişaşlar, vətəndaş qarşıdurması yaratmaq, eləcə də dağıntılar yaratmağa rəvac vermək ölkəni xaotik bir vəziyyətə sövq etməyə hesablanıb: "Əgər biz arzuolunmaz vəziyyətin yaranmasına görə qonşu ölkələri ittiham edirdiksə, onları günahlandırırdıqsa, indi isə bunun üzərinə ABŞ-ın Milli Demokratiya İnstitutu (MDİ) əlavə olunursa bu, artıq bu gün demokratiyadan dəm vuran, sabitliyi hər bir ölkənin inkişafında başlıca amil hesab edən rəsmi Vaşinqton üçün son dərəcə utandırıcı bir hadisədir. Hesab edirəm ki, ABŞ MDİ Azərbaycandan deportasiya olunmalıdır".
Qeyd edək ki, Milli Demokratiya İnstitutunun Bakı ofisinin rəhbərinin seksual azlıqlara mənsub olduğu bildirilir. Bununla belə Qriqorevs Moldovada Twitter sosial şəbəkəsi vasitəsilə həyata keçirdiyi planı Azərbaycanda "facebook" vasitəsilə reallaşdırmağa çalışır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB