"Azərbaycan Ermənistan üzərində tarixi qələbəyə hazırlaşır"

Mübariz Əhmədoğlu: “Yaxın vaxtlarda Ermənistan seçim etməklə ciddi zərbə alacaq”
"Azərbaycan Ermənistan üzərində tarixi qələbəyə hazırlaşır"

"Ermənistanın əsas siyasəti manevr imkanlarını qoruyub saxlamaqdır. Ermənistan tərəfi Rusiya və Qərb ölkələri rəsmiləri ilə keçirilən görüşlərdə hər zaman ikili mövqe münayiş etdirir. Rusiya ilə keçirilən görüşlərdə onların tərəfini, Qərb ölkələri ilə keçirilən görüşlərdə isə əks mövqe sərgiləyir". Bunu SİA-ya açıqlamasında Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu Ermənistan prezidenti S.Sarkisyanın bu ölkədəki ABŞ səfiri Con Heffernlə görüşü zamanı müzakirə olunan məsələyə aydınlıq gətirərkən deyib.

Onun sözlərinə görə, Ermənistanın belə siyasət yürütməsi manevrdir və Ermənistan dövlətinin yaşam elementlərindən biridir: "Ermənistan bu siyasəti aparmaq məcburiyyətindədir. Ancaq Ermənistanın manevr imkanları getdikcə məhdudlaşır. Həm Avropa ölkələrinə, həm də Rusiyaya verdiyi vədlər Ermənistanı seçim qarşısında qoyur. Çünki Ermənistan müstəqil dövlət deyil. Rusiya bildirir ki, iqtisadiyyatın, hərbi sistemin əlimdədir. Bununla yanaşı təhlükəsizliyini təmin edirəm. Hər zaman bildirisən ki, Rusiya mənim strateji qardaşımdır. Əgər strateji qardaşsansa "Gömrük İttifaqı"na daxil olmalısan. Bununla yanaşı bu məsələdə Azərbaycanın da apardığı siyasət mühüm əhəmiyyət kəsb edir. Belə ki, Azərbaycanın apardığı siyasətin ana xətti Ermənistanın manevr imkanlarının məhdudlaşdırılmasıdır. Ermənistan hər hansı bir qüvvəyə bağlanan gün Azərbaycanın apardığı siyasət öz bəhrəsini verəcək. Amma Ermənistan Rusiyanın ziddinə getsə bu Azərbaycanın tarixi qələbəsi olacaq. Demək olar ki, bu qələbə uzaqda deyil. Çünki Azərbaycan Qərbdə rəy formalaşdıra bilib ki, Ermənistan bölgədə "Troya atı" funkisyasının oynayır. Bu siyasi xəttin nəticəsi olaraq yaxın vaxtlarda Ermənistan ciddi zərbə alacaq. Yəni seçim etmək məcburiyyətində qalacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə