Biz Qeyri-hökümət təşkilatları (QHT) beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq edirik. Təbii ki, bu əməkdaşlıq da get-gedə gücləndirilməlidir. Bunu SİA-ya Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatının sədri Gülsel Səfərova "Beynəlxalq təşkilatların yerli QHT-lərlə əməkdaşlığının gücləndirilməsi" mövzusunda təşkil edilən forumda iştirakı zamanı deyib.
AGAT sədrinin sözlərinə görə, Azərbaycan 20 ildən çoxdur ki, demokratik və müstəqillik həyatına qədəm qoyub: "Demokratik göstərici isə ondan ibarətdir ki, QHT artıq beynəlxalq təşkilatlardan başqa dövlət qurumları ilə bir növ iş prinsipi təcrübəsinə malikdir. Bu da ona dəlalət edir ki, Azərbaycanda QHT-lər artıq öz fəlsəfəsini və missiyasını aydın başa düşür. Beynəlxalq təşkilatlarla əməkdaşlığın zəruriliyini onda görürəm ki, həm ölkəmizlə bağlı reallıqlar və həqiqətlər ön plana çəkilir, həm də ki, bizim səsimiz beynəlxalq təşkilatlarda daha gur səslənir. Digər tərəfdən isə biz beynəlxalq təşkilatlarla nə qədər çox sıx işləsək, bir o qədər də bizim vətəndaş cəmiyyətimiz inkişaf edər. Hesab edirəm ki, bu kimi forumlar, seminarlar, təlimlərin sayı daha da artmalı və bunu ictimailəşdirib, əhalinin bütün təbəqələri arasında maarifləndirmə işi aparılmalıdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB