Ermənistan prezidenti Serj Sarkisyan bu gün Rusiyaya işgüzar səfərə gedir. SİA-nın məlumatına görə, bu Sarkisyanın prezident seçkilərindən sonra ilk xarici səfəridir. Ermənistan prezidentinin mətbuat xidmətinin açıqladığı rəsmi məlumata görə, martın 12-də S. Sarkisyan Rusiya prezidenti Vladimir Putinlə görüşəcək. Görüş zamanı erməni-rus münasibətləri, siyasi, iqtisadi-ticarət və humanitar sahədə olan məsələlər müzakirə olunacaq.
"İkitərəfli münsasibətlərdən savayı hər iki prezident MDB məkanında interrasiya proseslərinin inkişafı gündəliyə salınmış vacib məsələləri də müzakirə edəcəklər"-deyə rəsmi açılqmada bildirilir. Bu görüşdə Dağlıq Qarabağ probleminin müzakirə edəcəyi barədə heç nə deyilməyib.
Sonuncu dəfə Putinlə Sərkisyan 2012-ci ilin dekabrında Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının sammitində və Avrasiya İqtisadi Şurasının iclasında görüşüblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB