"Azərbaycanda demokratik cəmiyyətin daha da fəallaşması, müəyyən proseslərin normal istiqamətdə davam etməsi üçün qeyri-hökümət təşkilatlarının (QHT), beynəlxalq qurumların fəaliyyətinə ehtiyac var". Bunu SİA-ya "Beynəlxalq təşkilatların yerli QHT-lərlə əməkdaşlığının gücləndirilməsi mövzusunda təşkil edilən forumu"nda iştirak edən millət vəkili Vahid Əhmədov deyib.
Onun sözlərinə görə, ümumiyyətlə bu kimi tədbirlərin keçirilməsinin Azərbaycan üçün çox mühüm əhəmiyyəti vardır: "Burada həm də xarici ölkələrin səfirlikləri iştirak edir. Hesab edirəm ki, bunlarla təmasda olmaq, ölkə həqiqətlərini dünyaya çatdırmaq, eləcə də Azərbaycanda gedən prosesləri beynəlxalq qurumlarda təmsil edən QHT-lərə normal çatdırmaqdan ötrü bu kimi görüşlərin əhəmiyyəti əvəzedilməzdir. Ümumiyyətlə QHT-nin hal-hazırda imkanları genişdir. Çünki ölkə başçısı cənab İlham Əliyev tərəfindən yaradılan xüsusi təşkilat bu quruma mütəmadi olaraq maliyyə yardımı göstərir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB