Ölkə başçısı Xorvatiyaya səfər edəcək

Ölkə başçısı Xorvatiyaya səfər edəcək

Ölkə başçısı İlham Əliyev martın 11-12-də Xorvatiyaya rəsmi səfərə gedəcək. SİA-nın verdiyi xəbərə görə, səfər çərçivəsində Azərbaycan prezidenti xorvatiyalı həmkarı İvo Yosipoviç, parlamentin sədri Yosip Leko, baş nazir Zoran Milanoviç və yerli sahibkarlarla görüşəcək.

Görüşlər zamanı ikitərəfli əlaqələrin gələcək inkişafı, o cümlədən Xorvatiyanın Avropa Birliyinə üzvlüyü, iqtisadiyyat, mədəniyyət, elm və turizm sahələrində əməkdaşlığın dərinləşdirilməsi məsələləri müzakirə olunacaq.

Qeyd edək ki, səfər çərçivəsində ölkə başçısını xarici işlər, iqtisadi inkişaf, mədəniyyət və turizm nazirləri müşayiət edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə