Mahmud Əhmədinejad onun tabutunu öpdü FOTO

Mahmud Əhmədinejad onun tabutunu öpdü FOTO

Venesuelada mərhum prezident Uqo Çaveslə vida mərasimi keçirilib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, dəfn mərasimində bir çox dövlətlərin liderləri ilə yanaşı, diplomatik nümayəndələr də iştirak ediblər. Onların arasında Kuba dövlət başçısı Raul Kastro, İran prezidenti Mahmud Əhmədinejad, Rusiyanın xarici işlər naziri Sergey Lavrov, Türkiyənin baş nazirinin müavini Bəşir Atalay və digər rəsmi şəxslər olub.

Mərhum prezident Uqo Çaveslə vida mərasiminə qatılan İran prezidenti Mahmud Əhmədinejad yenə diqqət mərkəzində olub. Belə ki, yaxın dostu U.Çaveslə son dəfə vidalaşmağa gələn M.Əhmədinejad dostunun tabutunu öpüb.

M.Əhmədinejadın bu davranışı vida mərasiminə dünyanın 50-dən çox ölkəsindən qatılmış dövlət və hökumət başçılarının alqışları ilə qarşılanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə