Baş nazir Rəcəb Tayyib Ərdoğan Suriyaya gedərək Bəşər Əsədlə görüşən CXP millət millət vəkillərini tənqid edib. "Əsədə artıq "hörmətli" demyəcəyəyəm. Çünki o günlər geridə qaldı" deyən Ərdoğan Suriya prezidentinin Türkiyə hökumətindən şikayət etməsinin təbii olduğunu söyləyib: "Bu ölkənin ana müxalifət partiyasının lideri millət vəkillərini bu diktatorla, bu zalımla görüşə niyə göndərir? Yeri gələndə bizim ölkəmizə hücum edən bər rejimdən danışırıq".
Ərdoğan Əsədin Türkiyə hökumətindən BMT-yə şikayət edəcəyinə dair sözlərini də dəyərləndirib: "250 min insana sığınacaq verdiyimiz üçünmü şikayət edəcək? Ölkəsində soyqırım həyata keçirilik, bunun üçünmü bizi şikayət edəcək? BMT-nin əsas vəzifəsi dünyada sülhə xidmət etməkdir, müharibə tərəfdarı olmaq deyil. Əsəd bildiyini etsin. Bizim abdestimizdən də,namazımızdan da şübhəmiz yoxdur. Suriyadakı rejimin zülmündən qaçanlara qapımız açıqdır. Hər cür dəstəyi verməyə davam edəcəyik".
Qeyd edək ki, CXP-çi deputatlar Həsən Akgöl, Mövlud Dudu və Şəfəq Pavey dünən Əsədlə görüşüblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB