Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini, partiyanın icra katibi Əli Əhmədov ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morningstar ilə görüşüb. YAP-dan SİA-ya verilən məlumata görə, görüşdə Azərbaycan ilə ABŞ arasında mövcud əməkdaşlıq münasibətləri haqqında bəhs edilib, bu əlaqələrin inkişaf perspektivləri barədə hərtərəfli fikir mübadiləsi aparılıb.
Görüşdə YAP icra katibinin müavini Mübariz Qurbanlı da iştirak edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB