28 fevral – 4 mart tarixlərində Maltanın Valletta şəhərində Avropa Tələbələr Forumunun "EBM Valletta 2013- preserving the present, Saving Our Future" adlı beynəlxalq tədbiri keçirilib. Təşkilatdan SİA-ya verilən məlumata görə, tədbir Avropa İdarə Heyətinin görüşü adlanır və ildə 1 dəfə keçirilir.
Görüşdə AEGEE-Avropa və AEGEE nümayəndəliklərinin idarə heyətləri iştirak edib. Görüşdə "Avropa Tələbələr Forumu-Bakı" ictimai birliyinin nümayəndə heyəti: Elmar Quliyev və Dürdanə Böyükkişiyeva Azərbaycanı və AEGEE-Bakını təmsil ediblər. Tədbir 300 nəfərin iştirakı ilə Malta Dövlət Universitetində keçirilib.Tədbirdə gənclər Malta respublikasının prezidenti ilə Verdala sarayında görüşüblər. Ölkə başçısı gənclərlə söhbətində gənclərin Avropanın gələcəyində böyük rol oynadığını vurğulayıb. Tədbirin sonunda mədəni gecə olmuş və nümayəndə heyəti Azərbaycan güşəsində iştirakçılara ölkəmiz haqqında məlumat veriblər.
Qeyd edək ki, AEGEE-Bakı Avropanın 40-dan artıq ölkəsində 200-dən artıq şəhərində fəaliyyət göstərən və özündə 15000-dən çox tələbəni birləşdirən AEGEE-Avropa (www.aegee.org) təşkilatının Bakı şəhəri üzrə yerli nümayəndəliyidir. Təşkilatın əsas vəzifəsi Azərbaycan tələbələri ilə Avropa tələbələri arasında ünsiyyət məkanı yaratmaqla, gənclər arasında Avropa dəyərlərini təşviq etməkdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB