"Ermənistan dövlətini idarə edən şəxslərin hər biri kriminal ünsürlərdir. Bunu onların Dağlıq Qarabağdakı bioqrafiyası, son prezident seçkiləri və bundan öncə İrəvanda siyasi şəxslərə qarşı baş verən terror hadisələri sübut edir. Bütün bunlar bir daha göstərir ki, Ermənistan kriminal dövlətdir". Bunu SİA-ya açıqlamasında millət vəkili Musa Quliyev Ermənistanda keçirilən prezident seçkilərindən öncə və sonra baş verən ciddi qanun pozuntularına şərh verərkən deyib. Onun sözlərinə görə, Dağlıq Qarabağda azərbaycanlıları qətlə yetirən terrorçu dəstəyə başçılıq edən şəxslər bu gün Ermənistanda hakimiyyətdədirlər: "Sonuncu prezident seçkiləri zamanı Paruyur Hayrikyana qarşı törədilən terror aktı və seçkilərə seçicilərin 1/3dən azının qatılmasına baxmayaraq seçkilər təxirə salınmadı. Bir sözlə, seçki bütün parametrləri pozulmaqla saxtalaşdırılıb. Bu fonda S.Sarkisyanın yenidən prezident elan olunması göstərir ki, Ermənistanda faktiki olaraq avtoritar bir rejim qurulub. Bundan əlavə Ermənistanda da bilirlər ki, ölkə müxtəlif qüvvələrin əlində alətdir. Məhz bunun nəticəsidir ki, bəzi dövlətlər və təşkilatlar seçki qutuları açılmamış onu təbrik etməyə başladılar. Ona görə də Ermənistanın nə müstəqilliyindən, nə də demokratikliyindən danışmaq olmaz. Bütövlükdə dövlətçilik atributları Ermənistanda yoxdur. Belə bir rejimdə istənilən terror hadisəsi baş verə bilər. Əgər elementar hüquq normalarına əməl olunsa idi, Ermənistanda seçkilər təxirə salınardı. P.Hayrikyana qarşı terroru törətməkdə şübhəli bilinən şəxs seçkilərdən öncə həbs olunmalı idi. Prezidentliyə namizədin terrorçu olması bu ölkədə kriminal ünsürlərin hakimiyyətdə olmasını göstərir. Qəribədir ki, Ermənistan ictimaiyyəti bu məsələyə lazımı reaksiya vermədi. Bu da onu sübut edir ki, onların müxalifəti də faktiki olaraq bir ələ oynayan oyunçulardır. Hesab edirəm ki, Ermənistanda bu insanlar hakimiyyətdən getməsə ölkədə kriminal vəziyyət olduğu kimi qalacaq. Bu da son nəticədə Ermənistanın azalmaqda olan əhalisinin yoxa çıxmasına və Ermənistanın əhalisiz hərbi rejimə çevrilməsinə gətirib çıxaracaqdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB