"Ermənistandakı prezident seçkiləri zamanı diqqəti çəkən məqam xarici müşahidəçilərin davranışı idi. Prezident seçkiləri kampaniyası dövründə ATƏT müşahidəçiləri iki dəfə aralıq hesabat yaydılar və hər iki hesabatda seçkilərin gedişi prosesini ciddi tənqid etdilər". SİA-nın məlumatına görə, bunu Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu bu gün keçirdiyi mətbuat konfransında deyib.
Politoloqun sözlərinə görə, Ermənistandakı prezident seçkilərinin diqqət yetirilməli ən vacib məsələlərdən biri müxalifətin namizədinə verilən təxminən 40 faiz səsin siyasi mənsubiyyəti və ya mənşəyidir: "ABŞ-Ermənistan ikili vətəndaşlığına malik Raffi Ovannisyanın siyasi bacarığı, hakimiyyətdə müəyyən adamların partiyasına münasibəti nəzərə alınaraq 20 faizlik elektoral baza proqnozlaşdırılırdı. R.Ovannisyanın əsas sloqanları diasporun adamı olması və Dağlıq Qarabağ məsələsindəki mövqeyi idi. İndiki Ermənistanda isə Qarabağ məsələsi 7-ci yerdədir; sosial-iqtisadi problemlər bloku ilk beşliyi tutur. Seçki kampaniyasının gedişində prezidentliyə digər namizəd, vaxtilə baş naziri olmuş Qrant Baqratiyan güclü sosial-iqtisadi layihələr təqdim etdi. Əksər müşahidəçilərin fikrincə, Baqratiyanın seçki kampaniyası daha aktiv keçdi. Belə olan təqdirdə, əhalinin sosial-iqtisadi vəziyyətinin yaxşılaşmasına deyil, Qərbə tərəf üz tutması diqqəti çəkir. Ona görə də Ovannisyana verilən 40 faizlik səsi bütövlükdə "antiserj" səs hesab etmək düzgün olmazdı. Bu, Serj Sarkisyanın 5 il ərzində apardığı antirusiyaçılıq və qərbpərəstlik siyasətinin bəhrəsidir. Xarici jurnalistlərin yazılarından da başa düşmək olur ki, Sarkisyanın məqsədi Rusiyanı "yatırdıb" Ermənistanı Qərbə qaçırmaqdır. "Hərhalda, bunu Rusiyadan başqa hamı başa düşür. Ermənistanda 40 faizlik qərbpərəst sosial bazanın yaranması, ilk növbədə Rusiya siyasətçilərinin iştirakı ilə baş tutub".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB