Avstriyalı deputat: "Hazırkı vəziyyətdən müharibə qoxusu gəlir"

Avstriyalı deputat: "Hazırkı vəziyyətdən müharibə qoxusu gəlir"

"Azərbaycan- Ermənistan arasında münaqişə ətrafında gərginlik yaranıb. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı hazırkı vəziyyətdən müharibə qoxusu gəlir. Bu vəziyyət aradan qaldırılmalıdır və bunun alova çevrilməsinə yol vermək olmaz". SİA-nın məlumatına görə, bunu Azərbaycan-Avstriya parlamentlərarası dostluq qrupunun rəhbəri Karl Öllenger cümə axşamı dostluq qrupunun Milli Məclisdə keçirilən görüşündə bildirib.

"Münaqişə ancaq sülh və dialoq yolu ilə həllini tapmalıdır", - o vurğulayıb.

Azərbaycan tərəfindən dostluq qrupunun rəhbəri, deputat Cavid Qurbanov isə görüşdə bildirib ki, Azərbaycan istənilən dövlətlə, o cümlədən Ermənistan ilə sülh və dostluq şəraitində yaşamağa hazırdır, yeganə şərt Ermənistanın işğalçılıq siyasətinə son qoymasıdır.

"Danışıqlar prosesi nəticə verməsə, əlbəttə, biz torpaqlarımızı qaytarmaq üçün müharibəyə hazırıq. Bunu dəfələrlə bizim dövlət başçımız da bildirib. Azərbaycanın ərazi bütövlüyü danışıqlar predmeti deyil", - C.Qurbanov deyib.

Bütün xəbərlər Facebook səhifəmizdə