ABŞ və Rusiyanın Ermənsitana olan sevgisi müxtəlif maraqlara xidmət edir. Bu ölkələr Ermənistanın əli ilə Qafqazda möhkəmlənmək maraqları güdürlər. Bunu SİA-ya açıqlamasında politoloq Cümşüd Nuriyev deyib. Onun sözlərinə görə, bu ölkələrin S. Sarkisyana olan platonik məhəbbəti daha çox Ermənistanın məkrli və xain siyasətinə hesablanmış bir gedişdir: "Azərbaycan regionun lider dövlətidir. Regionda söz sahibidir. Rusiyanın Gürcüstanla da kifayət qədər problemi var. ABŞ və Rusiya hələ də bu ölkəni bölüşdürüb qurtara bilməyiblər. Onların əldə edə biləcəyi yeganə dövlət Ermənistandır. Əsas məqsəd Ermənistan vasitəsilə Azərbaycan və Gürcüstana təzyiq etməkdir. Amma bu alınmayacaq. Çünki Azərbaycan prezidenti kifayət qədər ağıllı və uzaqgörən siyasət yürüdür. Ermənistandan fərqli olaraq, Azərbaycan qonşuları ilə problem yaratmamağa çalışır".
Politoloq S.Sarkisyanın martın 12-də Rusiya səfəri zamanı müzakirəsi planlaşdırlan Xocalı aeraportunun açılması məsələsinə də münasibət bildirib: "Xocalı aeraportunun açılması ABŞ və Rusiyanın maraqlarına ziddir. Çünki hər iki dövlət ATƏT-in həmsədr ölkəsidir. Hətta Xocalı aeraportunun açılması Rusiyanın maraqlarına xidmət etmiş olsa belə, Rusiya açıq şəkildə Ermənistanı müdafiə etməyəcək. Çünki bütün hallarda Xocalı aeraportunun açılması məsələsində beynəlxalq hüquq normaları Azərbaycanın tərəfindədir. Hesab edirəm ki, Xocalı aeraportundan uçuş həyata keçirilsə və həmin təyyarə vurulsa ABŞ və Qərb ölkələri Azərbaycanı dəstəkləyəcək. Bu da Azərbaycan dövlətinin imicinə müsbət təsir edəcək. Həmçinin Rusiya bu məsələdə siyasi cəhətdən uduzmuş olacaq. İnandırıcı deyil ki, Rusiya bu məsələdə provakasiyalara getsin. Erməni mətbuatının yazdığı xəbərlər isə sadəcə publikaya hesablanıb".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB