XİN rəhbəri sabah Ermənistana gedir

XİN rəhbəri sabah Ermənistana gedir

Litvanın xarici işlər naziri Linas Linkyaviçyusun Azərbaycana səfərə gəlib. Bu barədə SİA-ya Litvanın Azərbaycandakı səfirliyindən məlumat verilib. Verilən məlumata görə, səfər tanışlıq xarakteri daşıyır.

Bir günlük səfər çərçivəsində keçiriləcək yüksək səviyyəli görüşlərdə Azərbaycan-Litva münasibətlərinin inkişafı, Azərbaycanın Avropa Birliyi ilə münasibətləri, Litvanın Avropa Birliyinə sədrliyi dövründə əsas prioritetləri müzakirə olunacaq.

Dünən Gürcüstanda olan nazir Linas Linkyaviçyus prezident Mixeil Saakaşvili və baş nazir Bidzina İvanişvili ilə görüş keçirib. Sabah Litva XİN başçısının Ermənistana yola düşməsi gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə