ATGDC sədri: “Bu özlüyündən yeni bir uğurun başlanğıcıdır”

ATGDC sədri: “Bu özlüyündən yeni bir uğurun başlanğıcıdır”

"Ümumiyyətlə, son dövrlərdə dövlət başçısı cənab İlham Əliyev tərəfindən gənclərə xüsusi diqqət yetirilir". Bunu SİA-ya Azərbaycan – Türkiyə Gənclərinin Dostluq Cəmiyyətinin (ATGDC) sədri Rəşxan Qaraşlı Azərbaycan Prezidenti İlham Əliyevin ötən gün sərəncamı ilə Gənclər Fondunun Müşahidə Şurasına yeni üzvlərin təyin olunmasına münasibət bildirərkən deyib.

ATGDC sədrinin sözlərinə görə, bunun özü də yaxşı bir tendensiyadır ki, ölkədə yeniliklər tətbiq olunur: "Belə ki, bu, dövlət idarəçiliyinə yeni baxışa, yeni metodların tətbiqinə gətirib çıxarır. Gənclərin istifadə etdikləri metodlar nə qədər öyrəşilmiş dövlət idarəçiliyi sisteminə uyğun olsa belə daha modern və daha yeni metodlardan, üsullardan istifadə olunmuş olacaq. Bu da təbii ki, özlüyündən yeni bir uğurun başlanğıcıdır".

Bütün xəbərlər Facebook səhifəmizdə