Milli Məclisin bu gün keçirilən iclasında İnsan Hüquqları üzrə Müvəkkilin (Ombdsman) illik hesabatı müzakirə olunub. SİA-nın məlumatına görə, müzakirələr zamanı Zahid Oruc bildirib ki, məruzə Azərbaycan Prezidentinin 12 fevralda verdiyi bəyanatın üslubuna uyğundur: "Prezidentin təsvirini verdiyi nadan məmurlar ona görə formalaşıb ki, hətta parlament də onlara qarşı güzəştli mövqedə dayanıb. Təəssüf ki, dəyişən məmurlar uzlaşmayan qərarlar qəbul edir, özündən əvvəlki məmurların qəbul etdiyi sənədləri tanımır".
Z.Oruc bildirib ki, hesabatda İnsan haqlarının durumuna qiymət verərkən ilk növbədə bu dövr ərzində mülkiyyət hüququ ilə bağlı dövlətin bu yöndə atdığı addımlarla yanaşı bu sahədə işin hələ də başa çatdırılmaması faktını nəzərdən qaçırmamalıyıq: "Mülkiyyət hüququnun toxunulmazılığı qorunmalıdır".
O, həmçinin ombudsmanın hərbi sistemə nəzarətinə də toxunub və bildirib ki, bu qurumda 17 nəfərin bütün orduya nəzarət etməsi qeyri mümkündür: "Ombusdman aparatı hərbi obudsman funksiyasını da yerinə yetirməlidir".
Z.Oruc hesabata səs verəcəyini bildirib.
Müzakirələr davam edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB