Avstriya parlamentinin vitse-spikeri Frid Noqebau sabah Azərbaycana səfərə gəlir. SİA-nın məlumatına görə, Frid Noqebaunun Azərbaycana səfəri martın 6-da Fəxri xiyaban və Şəhidlər xiyabanına ziyarətlə başlayacaq.
Səfər çərçivəsində Avstriya parlamentinin vitse-spikeri Milli Məclisdə iki ölkənin parlamentlərarası əlaqələrini müzakirə edəcək.
Həmçinin, Frid Noqebaunun Azərbaycanda digər yüksəksəviyyəli görüşlər keçirəcəyi gözlənilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB