“Fars körfəzinə tək bir mərmi atılsa, ABŞ dağılacaq”

“Fars körfəzinə tək bir mərmi atılsa, ABŞ dağılacaq”

"Fars körfəzinə tək bir mərmi atılsa, ABŞ dağılacaq". SİA-nın iran mətbuatına istinadən verdiyi xəbərə görə, bunu İran İslam Respublikası İslam İnqilabı Keşikçiləri Korpusu Sepah-ın Dəniz Qoşunları komandanı kontr-admiral Əli Fədəvi deyib.

Kontr-admiral bildirib ki, İran 8 ildir müdafiə dövrü yaşayır: "Bu gün şərtlər dəyişib. Sahib olduğumuz imkanlar və təchizatımız çox irəlidədir. Bunu düşmənlərimiz də bilir".

Bundan başqa Ə.Fədəvi vurğulayıb ki, islami dəyərlərə qarşı olan düşmənlərimiz bu gün siyasi, sosial və iqtisadi sahədədirlər: "ABŞ hələ də Fars körfəzinə tək bir mərmi ata bilməyib. Bunu istəsə belə, edə bilməz. Çünki ABŞ və Avropanın bugünkü vəziyyətində, bölgədə islami oyanışın baş verdiyi bir vaxtda tək bir mərmi atılsa ABŞ mütləq dağıdılacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə