Ermənistanın Konstitutsiya Məhkəməsində yeni iddia

Ermənistanın Konstitutsiya Məhkəməsində yeni iddia

Ermənistanın Konstitusiya Məhkəməsi prezident seçkilərində keçmiş namizəd, "İrs" partiyasının lideri Raffi Hovannisyanın seçkilərin rəsmi nəticələrinin ləğvi haqqında iddiasına 10 gün ərzində baxacaq. SİA-nın məlumatına görə, 37 % səs yığan və nəticələri tanımayan Raffi Hovannisyanın tərəfdarları bazar ertəsi Konstitusiya Məhkəməsinə nəticələrin ləvği ilə bağlı iddia təqdim edəcəklər.

Həmçinin, həmin gün Raffi Hovannisyanın mətbuat katibi və hüquq məsləhətçiləri Konstitusiya Məhkəməsinin qaşısında mətbuat konfransı keçirəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə