Mübariz Əhmədoğlu: “Azərbayacan Gürcüstan deyil..."

Mübariz Əhmədoğlu: “Azərbayacan Gürcüstan deyil..."

Bu gün Rusiyanın keçmiş SSRİ-ni bərpa etmək və digər inteqrasiya proseslərinə Azərbaycanı cəlb etmək üçün ölkəmizə qarşı əsassız iddialarla çıxış etdiyinin şahidi oluruq. Amma bu addımlar sadəcə polemika müstəvisindədir. Yəni ancaq ritorika ola bilər. Bunu SİA-ya Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu Gürcüstan prezidenti Mixail Saakaşvilinin Azərbaycanda Rusiyanın Gürcüstan ssenarisi üzrə dövlət çevrilişi hazırlamasına dair açıqlamasına münasibət bilrirəkən deyib.

Onun sözlərinə görə, Rusiyadan Azərbaycana hər hansı bir təhlükə yoxdur: "Rusiyada Azərbaycan haqqında pis fikirlər səsləndirənlər içərisində bu millətin nümayəndləri yoxdur. Bu fikirləri ermənilərin təsiri altında olan politoloq və ekspertlər səsləndirirlər. Bir şeyi yadda saxlamaq lazımdır ki, Azərbayacan Gürcüstan deyil. Azərbaycanda bu gün hakimiyyətdə olan komanda kifayət qədər ağıllı siyasət aparır. Bu komandanın apardığı siyasət həmin təhlükələri yerindəcə neytrallaşdırır. Ümummilli lider Heydər Əliyev hakimiyyətə gələndən sonra Azərbaycanda ən azı dörd dəfə hakimiyyət çevrilişinə cəhd olub. Ancaq bütün bunları həmin komanda aradan qaldırmağı bacardı. İndi də həmin komanda hakimiyyətdədir və başında da ümummili liderin həm siyasi, həm də bioloji varisi olan cənab prezident İlham Əliyev durur. Hər kəs bilməlidir ki, dünya dövlətlərinin hiyləsi Azərbaycana keçməyəcək".

Politoloq bildirdi ki, əvvələr mətbuatımız Azərbaycanın milli maraqları məsələsində daha məsuliyyətli olduğu üçün olmazın sözlər, fikirlər işlətmirdi: "Rusiyada desantların il dönümü, yubiley tədbiri keçirilirdi. Rəsmilərdən biri bildirdi ki, Rusiya hərbi hava desant qüvvələri Ermənistana gedə bilər. Ancaq bizim mətbuata yazır ki, Rusiya hərbi hava desant qüvvələri Dağlıq Qarabağa gələcək. Hesab edirəm ki, bizim ekspertlərimiz, mətbuatımız bu məsələdə məsulliyyətli olmalıdır. Azərbaycanın indiki iqtidarının apardığı siyasətə inanmalıyıq və onun möhkəmlənməsinə köməklik etməliyik. Bir sözlə, vəziyyəti gərginləşdirməyə imkan verməmliyik. Bu hakimiyyət hər bir məsələni özü yoluna qoymağa qadirdir".

Bütün xəbərlər Facebook səhifəmizdə