Nazir: "İrana qarşı sanksiyalar yumşaldılmalıdır"

Nazir: "İrana qarşı sanksiyalar yumşaldılmalıdır"

"İrana qarşı tətbiq olunmuş sanksiyalar bu gündən yumşaldılmalıdır" SİA-nın İran mətbuatına istinadən məlumatına görə, bunu ölkənin xarici işlər naziri Əli Ələkbər Salehi söyləyib.

Salehinin sözlərinə görə, lazımı siyasət nəticəsində sanksiyalar tədricən aradan götürəcək:"Düşmənlər ötən il iddia edirdilər ki, sanksiyalar ziyan verəcək, ancaq onlar bəyan etdilər ki, sanksiyalar elə də çox effektiv deyildilər".

Ötən həftə İran və "altılıq" ölkələrinin (ABŞ, Böyük Britaniya, Fransa, Rusiya, Çin, Almaniya) nümayəndələri Almatıda nüvə proqramı üzrə danışıqlar keçirib. Hər iki tərəf danşıqların pozitiv məcrada keçdiyi bəyan edib.

Qeyd edək ki, 2012-ci ildə "altılıq" nümayəndələri və Tehran üç raund (İstanbul, Bağdad və Moskvada) görüş keçiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə