Elçin Mirzəbəyli: “ABŞ səfiri ilə görüşlərdə fundamental məsələ müzakirə olunmur”
Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfiri Riçard Morniqstarın mütəmadi görüşlər keçirməsinə baxmayaraq bu barədə mətbuata açıqlama verilməlidir. Bunu SİA-ya açıqlamasında Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini Elçin Mirzəbəyli ABŞ-ın Azərbaycandakı səfiri R.Morniqstarın bir sıra müxalifət partiyalarının liderləri ilə görüşlər keçirməsinə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, bu görüş diplomatik nümayəndəliyin yanlış addımıdır: "Daha öncə keçirilən görüşlərdə mən də iştirak etmişəm. Həmin görüşlərdə hər hansı bir fundamental məsələ müzakirə olunmurdu. Hesab edirəm ki, görüşdə iştirak edən şəxslərlə hər hansı bir ciddi siyasi məsələnin müzakirəsi keçirilməyib".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB