Əli Orucov: “Fransanın Minsk qrupundan uzaqlaşmasının vaxtı çoxdan çatıb” MÜNASİBƏT
Bu Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfiri Riçard Morniqstarın daxili prosedur qaydalarıdır. Hesab edirəm ki, biz bu məsələlərə müdaxilə edə bilmərik. Bunu SİA-ya Milli İstiqlal Partiyasının (AMİP) Mərkəzi Şurasının üzvü Əli Orucov ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstarın bir sıra müxalifət partiyalarının liderləri ilə görüşməsi və bununla bağlı ictimaiyyətə məlumat verməməsinə münasibət bildirərkən deyib.
Ə.Orucovun sözlərinə görə, ABŞ nə Azərbaycanın, nə də ki, digər bir ölkənin daxili işlərinə qarışa bilməz: "İnanmıram ki, ABŞ Azərbaycanda hər hansı bir xoşagəlməz hadisələrdə maraqlı olsun. Çünki Amerikanın burada özünəməxsus mənafeləri vardır. Beləki adı çəkilən bu ölkənin həm iqtisadi həm də strateji və s. istiqamətində layihələri mövcuddur. Burada müzakirə olunan əsas məsələ demokratik inkişafa dəstəkdən eləcə də Azərbaycanda keçiriləcək prezident seçkiləri öncəsi mövcud durum idi.
AMİP mərkəzi şurasının üzvü Azərbaycanın Fransadakı diasporunun fəal üzvlərinin paytaxt Parisdə, xüsusilə də, parlamentin binasında ermənilər tərəfindən döyülməsini və fransalı senatorların isə həmin hadisəyə laqeyd münasibət bəsləməsinə də aydınlıq gətirib: "Fransada baş vermiş hadisə sadəcə olaraq vandalizm aktına hesablanıb. Hesab edirəm ki, özünü demokratiyanın beşiyi hesab edən Fransada bu hadisəyə dözümlü yanaşmaq düzgün deyil. Düşünürəm ki, adı çəkilən bu öıkənin hüquq-mühafizə orqanları günahkarları cəzalandıracaq və məhkəməyə sövq edəcəklər. Fransa ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi kimi öz neytrallığını göstərməlidir. Amma çox təəssüflər olsun ki, biz bu ölkədən tamam fərqli şeylərin şahidi oluruq. Hesab edirəm ki, Fransanın Dağlıq Qarabağ münqaişəsinin nizamlanması prosesindən uzaqlaşmasının vaxtı çoxdan çatıb".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB