“Bu, beynəlxalq hüququn fundamental prinsiplərinin pozulması deməkdir”

“Bu, beynəlxalq hüququn fundamental prinsiplərinin pozulması deməkdir”

Müəyyən siyasətçilər və dairələr obyektivlikdən və ədalətli yanaşmadan uzaq addımlar atırlar ki, bu da beynəlxalq hüququn fundamental prinsiplərinin pozulması deməkdir. SİA-nın xəbərinə görə, bunu jurnalistlərə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev Litva Seyminin bir sıra deputatlarının Dağlıq Qarabağdakı separatçı rejimlər dostluq qrupu yaratmaq təşəbbüsünə münasibət bildirərkən belə deyib.

XİN rəsmi nümayəndəsinin sözlərinə görə, bu kimi təşəbbüsləri şəxsi siyasi və maliyyə maraqlarına xidmət etmək kimi dəyərləndirmək mümkündür.

Bütün xəbərlər Facebook səhifəmizdə