Azərbaycanlılara güc tətbiq edənlər cəzalandırılmalıdır

Azərbaycanlılara güc tətbiq edənlər cəzalandırılmalıdır

Azərbaycan Xarici İşlər Nazirliyi Fransa parlamentində Azərbaycan diasporunun üzvlərinə qarşı fiziki güc tətbiq edənlərin cəzalandırılmasını istəyib. SİA-nın verdiyi xəbərə görə, bunu nazirliyin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev keçirilən brifinqdə deyib.

Onun sözlərinə görə, Fransa Milli Assmbleyasının binasında bu cinayəti törədənlər cəzalarını almalıdır: "Biri qadın olan iki azərbaycanlının qəddarlıqla döyülməsi erməni diasporunun nə qədər aqressiv olduğunu və aqressiv metodlardan istifadə etdiyini göstərir. Bu cinayət Fransa Konstitusiyası və qanunlarına zərbədir".

Bütün xəbərlər Facebook səhifəmizdə