Bu hadisə erməniliyin iç üzünü göstərdi MÜNASİBƏT

Elçin Mirzəbəyli: “Azərbaycana qarşı edilən təzyiqlər heç bir nəticə verməyəcək”
Bu hadisə erməniliyin iç üzünü göstərdi MÜNASİBƏT

Azərbaycan müstəqilliyini elan etdiyi gündən ölkəmizə qarşı təzyiqlər var. Ermənilərin diasporası harda güclüdürsə və bu regionda maraqları kəsişən ölkələr bu təzyiqlər vasitəsilə daha çox öz maraqlarını təmin etməyə çalışırlar. Bunu SİA-ya açıqlamasında Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini Elçin Mirzəbəyli bəzi ölkələrin Azərbaycana qarşı təzyiqlərinə şərh verərkən deyib.

Onun sözlərinə görə, bu prosesi təbii qəbul etməli və ictimai müqaviməti təşkil etməliyik: "Azərbaycan xalqı ölkə ətrafında baş verən prosesləri kifayət qədər dərindən başa düşür, bu baxımdan da bu təzyiqlərin hər hansı bir nəticə verəcəyinin düşünmürəm".

E.Mirzəbəyli Azərbaycanın Fransadakı diasporunun fəal üzvlərinin parlamentin binasında ermənilər tərəfindən döyülməsinə və fransalı senatorların isə həmin hadisəyə laqeyd münasibət bəsləməsinə də aydınlıq gətirdi: "Fransada Azərbaycanlı tələbələrə qarşı edilən hücuma bir neçə aspektdən yanaşmaq lazımdır. Bu hadisə erməniliyin və onların diasporunun iç üzünü göstərdi. Bunu iki nəfərə qarşı yüz əlli nəfərin hücuma keçməsi də sübut edir. Bu hadisə onu göstərir ki, Xocalı qətliamını törədən də millətin nümayəndələridir. Bu eyni zamanda özünün demokratiyanın beşiyi hesab edən Fransanın da iç üzünü açdı. Çünki parlamentdə belə bir hasdisənin baş verməsi bu ölkənin demokratiyasının süqutu kimi dəyərləndirilməlidir. Bu hadisə bütün hadisələrin mahiyyətini açdı. Məsələyə ikinci aspektdən yanşdıqda Azərbayacn gəncliyinin bu qədər təşəbbüskar, vətəndaşlıq missiyasını sonuna qədər yerinə yetirməsindən qürur duyuruq. İki nəfərin yüz əlli nəfərin içərisinə daxil olaraq çəkinmədən öz fikirlərini dilə gətirməsi bütün gənclik üçün nümunə olmalıdır. Bu eyni zamanda ermənilərə də, onlara havadarlıq edənlərə də göstərdi ki, Azərbaycanın yeni nəslidə işğalla barışmır və sona qədər mübarizə aparacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə