Əliməmməd Nuriyev: “Bu vandalizm hərəkətinə hüquqi qiymət verilməlidir” MÜNASİBƏT
"Bu məsələ, bu insident çox ciddi sürətdə araşdırılmalıdır". Bunu SİA-ya Konstitusiya Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev Ankaranın mərkəzi Qızılayda Xocalı soyqırımını anmaq üçün qurulan stendə qarşı təşkil edilən hücumlara münasibət bildirərkən deyib.
Fond rəhbərinin sözlərinə görə, burada insanlara qarşı həm xuliqanlıq, həm də müxtəlif zorakılıq, bədən xəsarətləri var idi: "Bu hadisələrin arxasında kimlərin dayandığını aydınlaşdırmaq lazımdır. Hesab edirəm ki, bu məsələ araşdırılsa, böyük bir şəbəkənin mövcudluğu ortalığa çıxacaq. Düşünürəm ki, bu vandalizm hərəkətinə siyasi, hüquqi qiymət verilməlidir".
Qeyd edək ki, Ankaranın mərkəzi Qızılayda Xocalı soyqırımını anmaq üçün qurulan stendə hücum olub. Hadisə Xocalı faciəsinin soyqırımı kimi tanınması üçün imza toplanması zamanı baş verib. Gökbörü Türkçülər Dərnəyinin tədbirinə bir qrup şəxs hücum edib. Stendi dağıdan qrup aksiya iştirakçılarına daş, dəyənək və şüşə parçaları ilə xəsarətlər yetirməyə başlayıb. Hadisə nəticəsində 7 nəfər yaralanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB