Elçin Mirzəbəyli: “Ermənilər kritik anlarda simasını ortaya qoyur”

Qarşımızda uzun illər boyu öz yalanlarına dünyanı inandırmağa çalışan, bu istiqamətdə kifayət qədər addımlar atan, Avropanın ayrı-ayrı ölkələrində öz mövqelərinin möhkəmləndirən, əlaqələr quran düşmənlə qarşı qarşıyayıq. Bunu SİA-ya açıqlamasında Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini Elçin Mirzəbəyli deyib.

Onun sözlərinə görə, Azərbaycanda hər kəs, eyni zamanda hər bir qurum Xocalı soyqırımını dünya ictimaiyyətinə sadəcə, çatdırmaqla işini bitmiş hesab etməməlidir: "Xocalı soyqırımını dünya ictimaiyyətinin diqqətinə çatdırmaq üçün kifayət qədər işlər görülür. "Xocalıya ədalət" kampaniyası çərçivəsində, Azərbaycanın ayrı-ayrı diplomatik və diaspor nümayəndəliklərinin gördüyü işlər az deyil. Amma faciəyə dünya birliyi lazımi qiymət verməyənə qədər bu işlər heç vaxt yetərli olmayacaq. Təbii ki, erməni kritik anlarda öz simasını daha açıq şəkildə büruzə verir. Necə ki, Fransada baş verən məlum hadisələrdə öz simasını açıq şəkildə ortaya qoydu. Bu baxımdan nə işlər görürüksə azdır. Azərbaycanın potensialı daha genişdir. Buna görə də Xocalı soyqırımının dünyaya tanıdılması üçün müəyyən zaman lazımdır".

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...