Yeni bələdiyyə yaradılacaq

Bu gün Milli Məclisin Regional məsələlər komitəsinin iclası keçirilib. SİA-nın məlumatına görə, iclasın gündəliyinə 2 məsələ daxil edilib.

Gündəliyin mövzuları haqqında məlumat verən komitə sədri Arif Rəhimzadə bildirib ki, "Pirallahı rayonunun ərazisində Pirallahı bələdiyyəsinin yaradılması haqqında" qanun layihəsinə əsasən rayonun Pirallahı qəsəbəsi Gurgen- Pirallahı bələdiyyəsinin əhatə etdiyi ərazi vahidləri tərkibindən ayrılaraq həmin qəsəbəni əhatə edən Pirallahı bələdiyyəsi yaradılsın.

İkinci məsələ isə "Masallı rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişiklər edilməsi haqqında" qanun layihəsinin müzakirəsi olub. Dəyişikliyə əsasən Masallı səhər inzibati ərazi dairəsi tərkibindəki Dadva, Digah, İsgəndərli, Seybətin kəndləri, Banbaşı kənd inzibati ərazi dairəsi tərkibindəki Kosagül kəndi və Təklə kənd inzibati ərazi dairəsi tərkibindəki Masallı qəsəbəsi ləğv edilərək AR-nin ərazi vahidlərinin Dövlət reyestrindən çıxarılır.

Müzakirələrin sonunda hər iki dəyişiklər plenar iclasa tövsiyyə olunub.

Samirə Abdullayeva

Bütün xəbərlər Facebook səhifəmizdə