"Dövlət qulluğuna qəbul edilən şəxslərin şəxsi keyfiyyətlərinə...."
"Azərbaycan Respublikası Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya dövlət qulluğuna qəbul edilən şəxslərin şəxsi keyfiyyətlərinin yoxlanılmasına xüsusi önəm verəcək". SİA-nın xəbərinə görə, bunu komissiyanın sədri Bəhram Xəlilov ölkə prezidentinin vəzifəsindən sui-istifadə edən məmurlar barədə söylədiyi fikirlərə dair sualı cavablandırarkən deyib.
Onun sözlərinə görə, dövlət qulluğuna daxil edilən şəxsin biliyi ilə yanaşı, yüksək şəxsi keyfiyyətləri olmalıdır: "Dövlət qulluğuna qəbulu həyata keçirən müsahibə qruplarına da bu keyfiyyətləri yoxlamaq göstərişi verilib. Həmin şəxslər sabah dövlət qulluğuna daxil olduqdan sonra dövlətin adından vətəndaşlara xidmət göstərəcəklər. Buna görə də yanaşma tamamilə dəyişməlidir. Onlar vətəndaşlara xidmət etməyə gəlirlər, öz şəxsi maraqlarına xidmət etməyə yox. Bundan irəli gələrək dövlət qulluqçuları etik davranış qaydalarına riayət etməlidirlər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB