Azadlıq Radiosu gəncləri aldadır EKSKLÜZİV

Azadlıq Radiosu gəncləri aldadır EKSKLÜZİV

24 fevral 2013-cü ildə Azadlıq radiosunda Şəhla Sultanovanun aparcılıqı ilə "Avropanın "evini yıxan" Azərbaycan jurnalistləri" mövzsuzunda proqram yayımlanıb. AGAT-ın sədr müavini Nərgiz Xələfinin SİA-ya verdiyi məlumata görə, həmin proqramın qonağı qismində iştirak etmək üçün o dəvət olunub. Bir neçə gün öncə isə Şəhla Sultanova Nərgiz Xələfə zəng edərək bildirib ki, verilişin mövzusu kosmopolitizm və vətənpərvərlikdir. Sonra da bir neçə dəfə mövzunun bu istiqamətdə olacağını vurğulayıb.

"Lakin proqrama başlar-başlamaz saxtakarlıqdan və yalandan istidafə etməyi adət edən Azadlıq Radiosunda mövzunun "Avropanın "evini yıxan" Azərbaycan jurnalistləri" olduğu aydın olub. AGAT olaraq Azadlıq Radiosu tərəfindən biz artiq 2-ci dəfədir yalan, iftira, böhtan və insan hüquqlarının pozuntusu ilə rastlaşırıq. Başqa mövzu altında bizi dəvət edib, həmin an proqramın mövzusunu dəyişmək kompromotiv, qərəzli və yalan mövqe sərgisidir", - deyə N.Xələf bildirib.

AGAT təmsilçisi tələb edib ki, Azadlıq Radiosu gəncləri aldatmasın, verilişin adı, istiqaməti, mövzusu qonaqlara olduğu kimi çatdırılsın, gəncləri provokasiyaya sürükləməsin.

Bütün xəbərlər Facebook səhifəmizdə