"Ermənistanın Dağlıq Qarabağda yerləşdirdiyi “ordunu” silib süpürəcəyik"
"Ermənistan 20 ildir işğal altında saxladıqları torpaqlardan tezliklə getməlidir. Bir gün gələcək ki, Ermənistanın Dağlıq Qarabağda yerləşdirdiyi ordunu silib süpürəcəyik". SİA-nın verdiyi xəbərə görə, bunu Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik Eldar Sabiroğlu son vaxtlar Ermənistan tərəfinin atəşkəs rejimini pozmasına dair məsələyə münasibət bildirərkən deyib. Onun sözlərinə görə, Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində baş verən bütün hadisələrin səbəbi Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarından geri çəkilməməsidir: "Ermənistan bütün təmas xətti boyu atəşkəsi pozur. Azərbaycan Silahlı Qüvvələri də buna layiqli cavab verir. Çox təəssüf ki, təmas xəttində atəşkəsin pozulması nəticəsində hər iki tərəfdən itkilər, yaralananlar da olur. Bu da qaçılmazdır. Hesab edirəm ki, bütün bu hadisələrin baş verməsinin səbəbi Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarından geri çəkilməməsidir".
E.Sabiroğlu vurğulayıb ki, Ermənistan çox da fəxr etməsin ki, özü təklikdə Azərbaycan torpaqlarını işğal edib: "Bu, əsla belə deyil. İşğalçı ölkənin havadarları onlara maksimum kömək göstəriblər. Azərbaycanın Silahlı Qüvvələri dövlətini, millətini qorumaq üçün kifayət qədər gücə malikdir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB