Hər bir vətəndaş ölkəyə qayıda bilər, eləcə də kənarda öz mövqeyini ortalığa qoya bilər. Mən burada heç bir problem görmürəm. Bunu SİA-ya millət vəkili Fazil Mustafa Rüstəm İbrahimbəyovin guya Azərbaycana gələcəyi təqdirdə həbs olunacağı barədə mətbuata verdiyi müsahibəsinə münasibət bildirərkən deyib.
Deputatın sözlərinə görə, yəqin ki, Rüstəm İbrahimbəyov özü kənardan öz mövqeyini bildirməyə üstünlük verib: "Bu onun öz seçimidir. Hesab edirəm ki, bu insan Azərbaycana gəlsə hər hansı bir problem yaşamayacaq. Çünki bu insanı heç bir əsas olmadan həbs etmək düzgün olmazdı. Bu məsələni kimlərsə siyasiləşdirməyə çalışır".
R.İbrahimbəyovun guya Azərbaycanda dövlət strukturlarının hüquqi cəhətdən normal fəaliyyət göstərmədiyinə iddiasına isə millət vəkilinin münasibəti bu oldu ki, ölkəmizdə dövlətin bütün strukturları normal işləyir: "Yəni qanunun aililiyi əsas prinsip olaraq nəzərdə tutulub. Azərbaycanda qanun, hüquq pozuntuları olsa belə bunu bütövlükdə ölkədə hər hansı bir şəkildə idarəçiliyin olmaması kimi qiymətləndirmək doğru deyil".
Qeyd edək ki, R.İbrahimbəyov müsahibəsində özü ilə bağlı heç bir problemin olmadığını bildirib: "Yəni vətənə qayıtmaqda problem görmürəm. Amma məsələ ondadır ki, mən başqa informasiyalar alıram. Həmin məlumatlara görə, vətənə qayıdacağım halda məni istintaqa çağırmaq, sorğu-sual etmək istəyirlər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB