“Xocalı soyqırımını unutmayacaq və unutdurmayacağıq”

“Xocalı soyqırımını unutmayacaq və unutdurmayacağıq”

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyası (AKP) parlament fraksiyasının bu gün Ankarada keçirilən toplantısındakı çıxışına Xocalı qurbanlarının xatirəsini yad etməklə başlayıb. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, R.T.Ərdoğan Xocalıda kütləvi qətl törədənlərin hələ də öz cəzalarını almadığını bildirib.

"Azərbaycanlı qardaşlarımızın acısını ürəkdən bölüşdüyümüzü bir daha ifadə edirəm. 21 il əvvəl qətlə yetirilən 613 qardaş-bacımızı təkrar rəhmətlə yad edirəm. Azərbaycanlı qardaşlarımız kimi, biz də bu insanlıq dramını unutmayacaq və unutdurmayacağıq", - deyə baş nazir fikirlərinə əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə