Milli Məclis sədrinin müavini Bahar Muradova "Ağ Ev"in saytında Xocalı soyqırımı ilə bağlı yerləşdirilən petisiyaya münasibət bildirilməməsi ilə bağlı mövqeyini açıqlayıb.
"ABŞ Prezidenti Barak Obamanın "Ağ Ev"in rəsmi saytında Xocalı soyqırımının tanınması ilə bağlı yerləşdirilən və yüz mindən çox imza toplayan petisiyaya münasibət bildirməməsi qaydalara ziddir, yolverilməzdir. Əgər belə bir qayda varsa, Barak Obama buna əməl etməli, soyqırıma münasibət bildirməli idi".
O qeyd edib ki, bütün bunlara baxmayaraq, hərhalda biz öz işimizi davam etdirməliyik və ruhdan düşməməliyik, Xocalı soyqırımı ilə bağlı təbliğat davamlı olaraq aparılmalıdır.
Ceyhun Eyyubov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB