Əsas məsuliyyət gənclərin üzərindədir

Əsas məsuliyyət gənclərin üzərindədir

"İndiyə kimi belə bir fikir formalaşmışdı ki, gənclər arasında Xocalı faciəsinin təbliğatı ilə bağlı kifayət qədər iş aparılmır. Həmçinin onların özləri də Xocalı qətliamının dünyada tanıdılmasına bir o qədər fikir vermirlər". Bunu SİA-ya açıqlamasında Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Şahin İsmayılov deyib.

Onun sözlərinə görə, Azərbaycan gəncliyi bu mərhələni artıq arxada qoyub: "Artıq Xocalı faciəsinin tanıdılması üçün hər kəs öz məsuliyyətini hiss edir. Bu məsələdə daha çox vətəndaşlıq və vətənpərvərlik mövqeyi lazımdır. Düşünürəm ki, gənclər hər bir sahədə, təbliğatın mümükün üsullarından istifadə edərək Xocalı soyqırımının tanıdılmasına töhfə verməlidirlər. Xocalı soyqırımının tanıdılması məsuliyyəti xüsusən xaricdə təhsil alan tələbələrin üzərinə düşür. Həmin tələbələr bir növ təhsil aldıqları ölkədə təbliğatın mümkün üsullarından istifadə etməklə bu faciəni dünyanın diqqətinə çatdırmalıdırlar. Burada bir məsələ də var ki, bir dövlət üçün uğurlu olan təbliğat metodu digər dövlət üçün uğurlu olmaya bilər. Buna görə də xaricdə təhsil alan tələbələrimiz təbliğatın daha uğurlu formalarından istifadə etməlidirlər. Gənclər olaraq biz öz məsuliyyətimizi başa düşürük və lazımı təbliğat işlərini aparmaqdayıq".

Bütün xəbərlər Facebook səhifəmizdə