“Azərbaycan Olimpiya hərəkatı: daim yüksəlişdə”

Prezident Administrasiyasının rəhbəri, akedemik Ramiz Mehdiyevin idea rəhbərliyi ilə çap olunmuş kitabın təqdimat mərasimi keçirilib
“Azərbaycan Olimpiya hərəkatı: daim yüksəlişdə”

Bu "Gülüstan" sarayında Prezident Administrasiyasının rəhbəri, Azərbaycan Milli Elmlər Akademiyasının akedemiki Ramiz Mehdiyevin idea rəhbərliyi, Prezident Administrasiyasının (PA) İctimai-siyasi məsələlər şöbəsinin müdiri, tarix elmləri doktoru, professor Əli Həsənovun redaktorluğu və "Azərbayacan" qəzetinin redaksiyası ilə Milli Olimpiya Komitəsinin əməkdaşlığı əsasında ərsəyə gələn "Azərbaycan Olimpiya hərəkatı: daim yüksəlişdə" kitabının təqdimat mərasimi keçirilir. SİA-nın xəbərinə görə, tədbirdə PA-nın İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, Gənclər və İdman naziri Azad Rəhimov, YAP İcra katibinin müavini Mübariz Qurbanlı, "Azərbaycan" qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov və digərləri iştirak edir.

Tədbiri giriş nitqi ilə millət vəkili Bəxtiyar Sadıqov açaraq bildirib ki, akademik Ramiz Mehdiyevin rəhbərliyi ilə "Azərbaycan" qəzetinin redaksiyasında hazırlanan ikicildlik 14-cü kitabdır. Kitablar ölkə həyatının müxtəlif məsələlərinə həsr olunub. O qeyd edib ki, sonuncu iki kitab isə müstəqillik dövründə Azərbaycanın inkişafının müxtəlif mərhələlərinə həsr edilib: 1. "İnkişafın Azərbaycan modeli" kitabı 2. "Müasir Azərbaycan: dövrün baxışında" kitabı nəşr edilib.

Qeyd edək ki, tədbir davam edir.

Bütün xəbərlər Facebook səhifəmizdə