"Azərbaycan öz haqlı mübarizəsini bütün dünyaya sübut etmək, bir milyondan artıq qaçqın və məcburi köçkünlərin haqlarını, Xocalı soyqırımını dünyaya tanıtdırmaq üçün öz gücünü ortalığa qoyub". Bunu SİA-ya millət vəkili Jalə Əliyev deyib.
Deputatın sözlərinə görə, ümumiyyətlə, Xocalı faciəsinin tanınma tarixinin Ulu öndər Heydər Əliyevin adı ilə bağlı olduğu hər kəsə məlumdur: "Məhz dahi şəxsiyyətin imzaladığı sərəncamdan sonra Xocalı faciəsi Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən bütün dünyaya çatdırıldı. Bu sərəncamdan sonra dünyada Xocalı faciəsinin tanıdılması istiqamətində işlər görülməyə başladı. Xocalı soyqırımı əsrin Xerosima, Xatın faciəsi ilə müqayisə edilə biləcək və bəlkə də daha dəhşətli bəladır. Bəs gəlin görək, Xerosima, Xatın dedikdə dünya buna necə münasibət bəsləyir? Bilirsiniz, bu həqiqətən də çox ağrılı bir məsələdir. Bunun üçün erməni iddialarına birdəfəlik son qoulacaq fikir ortaya qoyulmalıdır. Heydər Əliyev Fondunun bu sahədə gördüyü işləri xüsusilə qeyd etmək lazımdır. Məhz Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın sayəsində bu gün bizim dərdimizi eşitmək istəyən, haqqımızı, ədalətimizi görmək istəyən hər bir dünya ölkəsinə, xalqına bu faciə artıq məlumdur".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB