Elman Məmmədov: "Xocalı köçkünlərinin problemləri təmamilə o zaman öz həllini tapacaq ki, biz doğma yurd-yuvamıza qayıdacayıq"
"Erməni vandalizminin qurbanı olmuş Xocalı sakinləri dövlətin diqqət və qayğısından razıdırlar". Bunu "Səs" qəzetinə açıqlamasında millət vəkili Elman Məmmədov bildirib.
E.Məmmədov qeyd edib ki, Xocalı əhalisinin sayı bu gün 14 min nəfərə çatıb. Əhalinin sayında xeyli artım müşahidə olunur. Xocalı şəhərinin əhalisi respublikanın 52 rayonunda, o cümlədən paytaxt Bakıda, Sumqayıt və Gəncə şəhərlərində məskunlaşıblar. 2002-ci ildən başlayaraq Xocalı sakinlərinin kompakt məskunlaşdığı ərazilərdə əhali üçün müasir, gözəl qəsəbələr salınıb. Misal üçün, Goranboy rayonunun Ağcakənd qəsəbəsi ətrafında Meşəli, Cəmilli kəndini göstərə bilərik ki, orada əhalimiz kompakt şəkildə məskunlaşıblar".
Millət vəkilinin sözlərinə görə, Bakı şəhəri ətrafında məcburi köçkünlər üçün tikilən yeni yaşayış massivləri var ki, xocalılıları da orada görmək mümkündür: "Xocalıdan olan məcburi köçkünlər yüksək səviyyədə dövlət tərəfindən məskunlaşdırılırlar, təmin olunurlar, köçürdülürlər. Təbii ki, burada daha çox üstünlük verilir şəhid ailələrinə, müharibə əlillərinə, müharibə veteranlarına. Dövlətimiz hər zaman çalışır ki, qaçqın və məcburi köçkünlərin sosial-məişət şəraitlərini yaxşılaşdırsın, onların sosial təminatı gücləndirilsin".
Millət vəkili onu da qeyd edib ki, bu qədər işlərin görlməsinə baxmayaraq, problemlərimiz var, mövcuddur, bizimlə yaşamaqdadır. Xocalı köçkünlərinin problemləri təmamilə o zaman öz həllini tapacaq ki, biz doğma yurd-yuvamıza qayıdacayıq.
İntizarə Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB